Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi
sosial

Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi

26-11-2026 17:00 27 Просмотров
IMG

"Hazırda Xırdalan-Biləcəri dəmir yolu sahəsində körpünün təmiri işləri davam etdirilir. Təmir işləri tam başa çatdıqdan və müəyyən hazırlıq işlərindən sonra ilin sonuna qədər Xırdalan-Sumqayıt xətti üzrə sərnişin daşımaları bərpa ediləcək".

 

Bu barədə Oxu.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib. Məlumatda bildirilir ki, dəmir yollarında sərnişin və yüklərin təhlükəsiz daşınması üçün xətlərin vəziyyəti xüsusi diaqnostika qatarı vasitəsilə mütəmadi olaraq yoxlanılır:

 

"Yoxlama zamanı aşkar edilən qüsur və çatışmazlıqlar qiymətləndirilir, aradan qaldırılması üçün operativ və planlı tədbirlər görülür. Xırdalan-Biləcəri sahəsində körpünün təmirinə də məhz bu qaydada qərar verilib. Əvvəlki yoxlamalar zamanı körpüdə təcili təmir tələb edən hər hansı qüsur müəyyən edilməyib. Növbəti diaqnostika zamanı isə körpüdə hərəkətin təhlükəsizliyini riskə ata və qatarların interval üzrə hərəkətinə mane ola biləcək qüsurlar aşkarlanıb və dərhal aradan qaldırılması üçün operativ müdaxilə qərarı qəbul edilib.