Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница ДРУГОЕ Apple Siri-ni süni intellekt agentinə çevirmək istəyir
ДРУГОЕ

Apple Siri-ni süni intellekt agentinə çevirmək istəyir

20-11-2026 23:00 5 Просмотров
IMG

Apple şirkəti səsli köməkçisi Siri-ni daha geniş imkanlara malik süni intellekt agentinə çevirməyi planlaşdırır. 

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, şirkətin saytında yerləşdirilən yeni vakansiyalar bu istiqamətdə işlərin aparıldığını göstərir.

 

Yeni sistem sadəcə suallara cavab verməklə kifayətlənməyəcək. O, istifadəçi adından klaviatura və siçan vasitəsilə əməliyyatlar apara, müxtəlif ekranlar və tətbiqlər arasında keçid edə, mürəkkəb tapşırıqları planlaşdıraraq yerinə yetirə biləcək. Həmçinin sistem yaranan səhvləri müəyyənləşdirərək aradan qaldırmaq imkanına malik olacaq.

 

Apple bu prosesdə məxfilik və təhlükəsizlik məsələlərinə də xüsusi diqqət yetirməyi planlaşdırır. Belə ki, köməkçinin istifadəçi adından hansı əməliyyatları həyata keçirə biləcəyi xüsusi icazə mexanizmləri ilə tənzimlənəcək.

 

Bloomberg-in məlumatına görə, Apple bu məqsədlə proaktiv və süni intellekt agenti prinsipi ilə işləyən köməkçi hazırlamaq üçün baş mühəndis meneceri axtarır. Vakansiyanın təsviri internetdə sərbəst hərəkət edə, müxtəlif xidmətlərdən istifadə edə və hər tapşırıq üçün uyğun aləti müstəqil seçə bilən sistemin hazırlanmasına işarə edir.

 

Apple təhlükəsizlik məsələsinə üstünlük verir

 

Muxtar süni intellekt agentləri bazarında rəqabətin güclənməsi Apple-ı da bu istiqamətdə fəaliyyətini sürətləndirməyə sövq edir. Şirkət rəqiblərindən fərqli olaraq, yeni sistemin təhlükəsiz və məhdudlaşdırılmış mühitdə işləməsinə üstünlük verir.

 

Bu yanaşmaya əsasən, Siri istifadəçi adından əməliyyatlar apararkən xüsusi təhlükəsizlik mühitindən istifadə edəcək. Məqsəd köməkçinin imkanlarını genişləndirməklə yanaşı, istifadəçi məlumatlarının qorunmasını təmin etməkdir.

 

Yeni Siri 2027-ci ilin sonlarında istifadəyə verilə bilər

 

Mövcud texnoloji geriliyi aradan qaldırmaq üçün Apple-ın aparat və proqram təminatı üzrə mütəxəssislərdən ibarət xüsusi komanda yaratdığı bildirilir.

 

Məlumata görə, Siri-ni adi çatbotdan kompüterdən istifadə edə bilən universal süni intellekt agentinə çevirəcək yeni sistemin istifadəçilərə ən tez 2027-ci ilin sonlarında təqdim edilməsi gözlənilir.

 

Aysel Şirinova