Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Əraqçi: İranın Küveytdəki ölümcül dron hücumu ilə əlaqəsi yoxdur
dünya

Əraqçi: İranın Küveytdəki ölümcül dron hücumu ilə əlaqəsi yoxdur

26-11-2026 22:00 7 Просмотров
IMG

İranın xarici işlər naziri Abbas Əraqçi Küveytdə iki nəfərin ölümü, iki nəfərin isə yaralanması ilə nəticələnən pilotsuz uçuş aparatı (PUA) hücumunun arxasında Tehranın dayanması ilə bağlı iddiaları təkzib edib.

 

Tvit.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Əraqçi Küveytin xarici işlər naziri ilə telefon danışığı zamanı ölkəsinin hücumda iştirak etmədiyini bildirib.

 

O, həmçinin İranın hadisənin araşdırılması prosesində iştirak etməyə və müvafiq məlumatların əldə olunmasına kömək göstərməyə hazır olduğunu vurğulayıb.

 

Aysel Şirinova