İran Fars körfəzi regionundakı münaqişənin həlli ilə bağlı nəticə verməyən danışıqları davam etdirmək və müharibəni sonsuzadək uzatmaq niyyətində deyil.
Bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib.
“İranın həm döyüşdüyünü, həm də danışıqlar apardığını deyərkən, sonsuz müharibəni və ya bitib-tükənməyən danışıqlar prosesini nəzərdə tutmuruq”, – deyə o bildirib.
Qalibafın sözlərinə görə, İran tərəfi mübarizəni qarşı tərəfi ya İran xalqının tələblərini qəbul etməyə, ya da məğlubiyyətini etiraf etməyə məcbur etmək məqsədilə davam etdirir.