Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya WSJ: İran ABŞ-ı çəkindirmək üçün region ölkələrinə xəbərdarlıq edib
dünya

WSJ: İran ABŞ-ı çəkindirmək üçün region ölkələrinə xəbərdarlıq edib

13-10-2026 15:00 13 Просмотров
IMG

İran yeni müharibə başlayacağı təqdirdə qonşu ölkələrə quru hücumları həyata keçirə biləcəyi və Səudiyyə Ərəbistanının neft obyektlərini hədəfə ala biləcəyi barədə region ölkələrinə xəbərdarlıq edib. 


Tvit.az bu barədə “The Wall Street Journal” nəşrinə istinadən xəbər verir.


Nəşrin yazdığına görə, Tehran bu yolla ABŞı İrana qarşı mümkün yeni hücumlardan çəkindirməyə çalışır.


Məlumata görə, bəzi rəsmilər ABŞ-ın mümkün hücumunun qarşısını almaq məqsədilə qonşu ölkələrin ərazisində quru əməliyyatlarının keçirilə biləcəyini dolayı yolla çatdırıblar. Ərəb ölkələrinin rəsmilərinə isə münaqişə yenidən başlayacağı təqdirdə Səudiyyə Ərəbistanının neft obyektləri də daxil olmaqla, regiondakı hədəflərə zərbələr endirilə biləcəyi barədə ayrıca xəbərdarlıqlar edildiyi bildirilir.


Elmin Alışov