Macarıstan parlamenti uşaqların müdafiəsi haqqında qanunda LGBT məzmununun yetkinlik yaşına çatmayanlar arasında təbliğini və nümayişini qadağan edən müddəaların ləğvini təsdiqləyib.
Tvit.az-ın AFP agentliyinə istinadla məlumatına görə, sözügedən qanun 2021-ci ildə Viktor Orbanın hakimiyyəti dövründə qəbul edilib.
Macarıstanın hazırkı Baş naziri Peter Madyar bildirib ki, qanuna edilən dəyişikliklər ölkə qanunvericiliyinin Avropa İttifaqının (Aİ) normalarına uyğunlaşdırılmasına xidmət edir.
Parlamentdə dəyişikliklərin lehinə 139, əleyhinə isə 51 deputat səs verib.
Qeyd edək ki, Avropa İttifaqı daha əvvəl uşaqların LGBT məzmununa çıxışının məhdudlaşdırılmasını insan hüquqlarının pozulması kimi qiymətləndirib.
Aysel Şirinova