Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Türkiyədə işsizlərin sayı azalıb
dünya

Türkiyədə işsizlərin sayı azalıb

19-08-2026 11:00 27 Просмотров
IMG

Türkiyədə 2026-cı ilin aprel-iyun ayları üzrə 15 yaş və yuxarı işsizlərin sayı 2026-cı ilin ikinci rübündə əvvəlki rüblə müqayisədə 84.000 nəfər azalaraq 2.799.000 nəfərə çatıb.

 

Tvit.az Türkiyə Statistika Komitəsinə (TÜİK) istinadən xəbər verir ki, işsizlik səviyyəsi 0,3 faiz bəndi azalaraq 7,9 faizə düşüb. İşsizlik nisbəti kişilərdə 6,7 faiz, qadınlarda isə 10,3 faiz olaraq qiymətləndirilib.

 

Məşğul əhalinin sayı 2026-cı ilin ikinci rübündə əvvəlki rüblə müqayisədə 155.000 nəfər artaraq 32.479.000 nəfərə çatıb, məşğulluq səviyyəsi isə 0,1 faiz bəndi artaraq 48,5%-ə çatıb. Bu göstərici kişilərdə 65,8 faiz, qadınlarda isə 31,6 faiz təşkil edib.

 

Gənclər arasında işsizlik azalıb

15-24 yaşlı gənclər arasında işsizlik səviyyəsi əvvəlki rüblə müqayisədə 1,0 faiz bəndi azalaraq 13,9 faizə çatıb. Bu yaş qrupunda işsizlik səviyyəsi kişilərdə 11,0 faiz, qadınlarda isə 19,3 faiz olub.

 

Aysel Şirinova