Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Tacikistan İrandan 2,5 milyon tondan çox yanacaq istəyib
dünya

Tacikistan İrandan 2,5 milyon tondan çox yanacaq istəyib

18-08-2026 17:00 45 Просмотров
IMG

Tacikistan hakimiyyəti digər ölkələrdən neft məhsulları idxalının azalması fonunda İrandan 2,5 milyon tondan çox yanacaq, o cümlədən neft, benzin və dizel yanacağı tələb edib.

 

Tvit.az xəbər verir ki, bu barədə Tacikistan Nəqliyyat Nazirliyi məlumat yayıb.

 

Avqustun 15-də nümayəndə heyətinin Tehrana işgüzar səfəri zamanı Tacikistanın nəqliyyat naziri Əzim İbrahim və İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq arasında görüş keçirilib. Tərəflər, digər məsələlərlə yanaşı, İrandan Tacikistana neft məhsulları və neft tədarükü məsələsini də müzakirə ediblər.

 

İbrohim qeyd edib ki, qlobal geosiyasi vəziyyət Tacikistana yanacaq idxalının azalmasına səbəb olub və buna görə də Düşənbə İran da daxil olmaqla digər ölkələrdən tədarük təşkil etməyi planlaşdırır. Nazirin sözlərinə görə, İrandan tələb olunan yanacağın ümumi həcmi 2,55 milyon ton (o cümlədən 2 milyon ton neft, 150 min ton benzin, 300 min ton dizel yanacağı və 100 min ton təyyarə yanacağı) və ya 51 min dəmir yolu vaqonudur. Nəqliyyat Nazirliyinin saytında dərc olunmuş açıqlamaya görə, bu, hazırda 1000 vaqondur.

 

Aysel Şirinova