Gürcüstan və Cənubi Koreya arasında vizasız rejimin tətbiqi müzakirə olunur.
Tvit.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Beynəlxalq Münasibətlər Komitəsinin sədri Nikoloz Samxaradzenin Cənubi Koreya Milli Assambleyasının nümayəndə heyəti ilə görüşündən sonra məlum olub.
Tərəflər həmçinin ikitərəfli münasibətləri, ticarət-iqtisadi əməkdaşlığı və turizmi müzakirə ediblər.
Aysel Şirinova