Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya "İran ABŞ ilə müharibədə faktiki qalibdir" - Məhəmməd Baqir
dünya

"İran ABŞ ilə müharibədə faktiki qalibdir" - Məhəmməd Baqir

17-08-2026 11:00 32 Просмотров
IMG

İran ABŞ və İsrail ilə münaqişədə faktiki olaraq qalib tərəfdir, çünki qarşıdurma zamanı onların bəyan etdiyi məqsədlərdən heç birinə nail olunmayıb.

 

Tvit.az xəbər verir ki, bu barədə İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf bildirib.

 

 

"Mən bunu bütün qəlbimlə deyirəm: biz həm hərbi, həm də siyasi baxımdan bu müharibədə həqiqətən qələbə qazandıq", — deyə o bildirib.

 

Bununla belə, Qalibaf vurğulayıb ki, İranın qələbəsi haqqında sözlər Amerika silahlı qüvvələrinin tam darmadağın edilməsi demək deyil. Onun sözlərinə görə, Tehran ilk növbədə ABŞ və İsrailin münaqişə başlamazdan əvvəl qarşılarına qoyduqları məqsədlərə çata bilməməsini əsas götürür.

 

Aysel Şirinova