Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Reuters: İran və ABŞ atəşkəsin uzadılması barədə razılığa gəlməyib
dünya

Reuters: İran və ABŞ atəşkəsin uzadılması barədə razılığa gəlməyib

12-08-2026 17:00 22 Просмотров
IMG

Bu gün İran və ABŞ atəşkəsin uzadılması barədə razılığa gəlməyib. 


Tvit.az xəbər verir ki, bununla bağlı “Reuters” agentliyi məlumat yayıb.


Agentlik yüksək vəzifəli İran rəsmisinə istinadən məlumat verir ki, tərəflər arasında danışıqlar zamanı atəşkəsin uzadılması məsələsi müzakirə olunmayıb. Tehranın mövqeyinə görə, ABŞ-nin addımları səbəbindən mövcud atəşkəs artıq qüvvədə deyil.


İranlı rəsmi bildirib ki, ABŞ Anlaşma Memorandumunun şərtlərini imzalanmasından 48 saat sonra pozub.


Mənbənin sözlərinə görə, hazırkı müzakirələr yalnız memorandumun ilkin müddəalarına və onların icrası mexanizmlərinə qayıtmağa yönəlib. Ancaq bu istiqamətdə hələlik heç bir irəliləyiş əldə olunmayıb. 


Elmin Alışov