ABŞ energetika naziri Kris Rayt bildirib ki, ABŞ ordusu və Körfəz müttəfiqlərinin səyləri nəticəsində Hörmüz boğazından gündə orta hesabla 9 milyon barelə yaxın neft daşınır.
Tvit.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, əlavə 5–7 milyon barel neft isə təkmilləşdirilmiş boru kəmərləri və ixrac qurğuları vasitəsilə regiondan çıxarılır. Beləliklə, ümumi neft axını gündə təxminən 15 milyon barelə çatır.
Rayt həmçinin bildirib ki, avqustun 9-da Körfəz bölgəsindən 20 milyon bareldən çox neft ixrac olunub.
Aysel Şirinova