Bu gün Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay əmirliyində yerləşən Cəbəl Əli sənaye zonasından tüstü qalxdığı bildirilib.
Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Cəbəl Əli sənaye bölgəsində baş verən istehsalat qəzası zamanı təxminən 20 dəqiqə ərzində 7 partlayış səsi eşidilib.
Bununla yanaşı, NASA peyk görüntülərinə əsaslanaraq Cəbəl Əli limanı yaxınlığındakı anbarda yanğın baş verdiyini təsdiqləyib. Bildirilir ki, yanğın yanacaq məhsullarının saxlanıldığı və daşındığı obyektin yerləşdiyi ərazidə qeydə alınıb.
Elmin Alışov