Beynəlxalq Valyuta Fondu (BVF) vətəndaş müharibəsindən sonra iqtisadiyyatını bərpa etməyə çalışan Suriya üçün genişmiqyaslı texniki yardım proqramının həyata keçirilməsi barədə razılığa gəlib.
Tvit.az xəbər verir ki, BVF-nin məlumatına görə, proqram çərçivəsində Suriya hökumətinə maliyyə islahatlarının aparılması, dövlət gəlirlərinin artırılması və dövlət borcunun idarə olunması sahəsində institusional potensialın gücləndirilməsi istiqamətində dəstək veriləcək.
Texniki yardım proqramı həmçinin maliyyə sektorunda islahatların sürətləndirilməsini, yeni qanunvericilik və tənzimləyici qaydaların hazırlanmasını, uzun müddətdir fəaliyyətində problemlər yaşayan bank sektorunun bərpasını, eləcə də çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə mexanizmlərinin gücləndirilməsini nəzərdə tutur.
BVF qeyd edib ki, Suriya hələlik Fonddan rəsmi maliyyə yardım paketi tələb etməyib. Belə bir müraciətin edilməsi borcun dayanıqlılığı üzrə təhlilin nəticələrindən, mümkün restrukturizasiya prosesindən və BVF ilə aparılacaq danışıqlardan asılı olacaq.
Aysel Şirinova