Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Gürcüstanda kütləvi elektrik kəsintisi: Rəhbər istefa verdi
dünya

Gürcüstanda kütləvi elektrik kəsintisi: Rəhbər istefa verdi

03-08-2026 14:00 35 Просмотров
IMG

Gürcüstan Dövlət Elektrik Sisteminin rəhbəri Vano Zardiaşvili 24-25 iyul tarixlərində ölkədə baş verən kütləvi elektrik kəsintisindən sonra istefa verib.

 

Tvit.az xəbər verir ki, bu barədə Gürcüstan Bərpa Olunan Enerji Mənbələrinin İnkişafı Assosiasiyasının rəhbəri Giorgi Abramişvili bildirib.

 

Onun sözlərinə görə, Zardiaşvili hazırda məzuniyyətdədir və bundan sonra vəzifəsinə qayıtmayacaq. İstefanın Gürcüstan Milli Enerji və Su Təchizatı Tənzimləmə Komissiyasının elektrik kəsintisi ilə bağlı hesabatı ilə əlaqəli olub-olmadığına dair suala Abramişvili bununla bağlı məlumatının olmadığını bildirib.

 

Komissiyanın aralıq hesabatında 24 iyulda baş verən genişmiqyaslı elektrik kəsintisinin Gürcüstanın elektrik şəbəkəsinin Azərbaycan elektrik şəbəkəsindən ayrılması ilə əlaqəli ola biləcəyi qeyd olunub. Hazırda hadisənin səbəbləri və Gürcüstan elektrik şəbəkəsinin təcrid olunmuş rejimdə işləmək qabiliyyəti araşdırılır.