İtaliya Pax Silica Bəyannaməsini imzalayaraq təşəbbüsə rəsmi şəkildə qoşulmasını təsdiqləyib.
Tvit.az-ın xarici mediaya istinadla məlumatına görə ABŞ və İtaliya kritik əhəmiyyətli minerallar və yarımkeçiricilər üzrə təchizat zəncirlərinin dayanıqlığının gücləndirilməsi üçün İtaliyanın istehsal sahəsində qabaqcıl təcrübəsindən istifadə etməyə sadiq olduqlarını təsdiqləyiblər.
İtaliya Pax Silica Bəyannaməsinə qoşulan 25-ci iştirakçı olub.
Pax Silica — Tramp administrasiyası tərəfindən kritik əhəmiyyətli minerallar və süni intellekt də daxil olmaqla qabaqcıl texnologiyalar sahəsində Çindən asılılığı azaltmaq məqsədilə yaradılmış beynəlxalq koalisiyadır.
Aysel