Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница şou-biznes Afaq Bəşirqızı nəvəsini hərbi xidmətə yola salıb
şou-biznes

Afaq Bəşirqızı nəvəsini hərbi xidmətə yola salıb

31-07-2026 09:00 17 Просмотров
IMG

Xalq artisti Afaq Bəşirqızının nəvəsi Əhmədpaşa hərbi xidmətə yollanıb.

 

Tvit.az xəbər verir ki, aktrisa bununla bağlı instaqram hesabında paylaşım edib.

"Sən bu gün Vətənə xidmətə yollanırsan. Nənə ürəyi üçün səndən ayrılmaq çətindir, amma səninlə sonsuz qürur duyuram. Allah səni hər addımında qorusun, yolunu açıq, qismətini gözəl etsin.

Harada olursan ol, unutma ki, nənənin duaları həmişə səninlədir. Güclü ol, mərd ol, böyüklərinə hörmət et, dostlarına dayaq ol. Vətənə şərəflə xidmət edib sağ-salamat evimizə qayıtmağın ən böyük arzumdur.

 

Afaq Bəşirqızı nəvəsini hərbi xidmətə yola salıb

 

Səni çox sevirəm, balam. Allah səni qorusun, ayağına daş dəyməsin. Yolun uğurlu, xidmətin şərəfli olsun. Səni həsrətlə gözləyəcəyəm.

Allah amanında ol, canım nəvəm!"- deyə, aktrisa paylaşımına yazıb.

Qeyd edək ki, A.Bəşirqızının bir oğul övladı və iki oğul nəvəsi var./bakuws