Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Pakistan İran və ABŞ arasında vasitəçilik səylərinə nikbin yanaşır
dünya

Pakistan İran və ABŞ arasında vasitəçilik səylərinə nikbin yanaşır

30-10-2026 22:00 15 Просмотров
IMG

Pakistan ordusu İran və ABŞ arasında vasitəçilik səylərinin nəticə verəcəyinə dair “ehtiyatlı nikbinlik” nümayiş etdirir.

 

Tvit.az "The Times of İsrael"ə istinadən xəbər verir ki, bunu Pakistan ordusunun sözçüsü, general-leytenant Əhməd Şərif Çaudri bildirib.

 

O qeyd edib ki, Pakistan ordusunun rəhbəri, feldmarşal Asim Munirin bu ay iki dəfə Tehrana səfər etməsi prosesin müsbət istiqamətdə irəlilədiyinə işarədir.

 

“Əgər müsbət nəticə əldə etmək ümidi olmasaydı, feldmarşal niyə iki dəfə Tehrana səfər etsin? Əlbəttə ki, ümid var. Bununla belə, istifadə etdiyimiz ifadə həmişə ehtiyatlı nikbinlikdir”, – deyə Çaudri vurğulayıb.

 

Sözçü münaqişənin davam etməsində maraqlı olan “güclü qüvvələrin və tənqidçilərin” mövcudluğunu da qeyd edib. Lakin onların kimliyini açıqlamayıb.

 

O, həmçinin danışıqlarda hansı məsələlərin müzakirə olunduğu və ABŞ-ın bu səfərləri dəstəkləyib-dəstəkləmədiyi barədə məlumat verməyib.

 

Qeyd edək ki, Pakistan ordusunun rəhbəri Asim Munir sonuncu dəfə bazar ertəsi günü Səudiyyə Ərəbistanının müdafiə naziri şahzadə Xalid bin Salman və Türkiyənin kəşfiyyat rəhbəri İbrahim Kalınla birlikdə Tehrana səfər edib.

 

Aysel Şirinova