Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ Mahir Emreli İsrailin "Makkabi" klubunun təklifini rədd edib
СПОРТ

Mahir Emreli İsrailin "Makkabi" klubunun təklifini rədd edib

13-07-2026 13:00 15 Просмотров
IMG

Azərbaycan millisinin və Almaniyanın "Kayzerslautern" komandasının futbolçusu Mahir Emrelinin imtina etdiyi daha bir klub müəyyənləşib.

 

Tvit.az-ın əldə etdiyi məlumata görə, 29 yaşlı hücumçunun karyerasını İsraildə davam etdirmək imkanı olub.

 

"Makkabi" (Hayfa) azərbaycanlı forvardı heyətə qatmaq istəyib. Lakin oyunçu təklifdən imtina edib.

 

Ötən mövsüm II Bundesliqa təmsilçisində az forma şansı əldə edən M.Emreli digər təklifləri dəyərləndirir. Daha əvvəl Kiprin APOEL klubundan da imtina edən futbolçu iddialı və avrokuboklarda çıxış edən klubla anlaşmaq niyyətindədir.

 

Xatırladaq ki, Mahir Emrelinin "Kayzerslautern"lə müqaviləsinin müddəti 2028-ci ilin yayınadək qüvvədədir.