Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Sikorski Avropada Rusiya konsulluqlarının bağlanmasına çağırıb
dünya

Sikorski Avropada Rusiya konsulluqlarının bağlanmasına çağırıb

12-10-2026 23:00 12 Просмотров
IMG

Polşanın xarici işlər naziri Radoslav Sikorski Avropa müttəfiqlərini Rusiyanın hibrid hücumları insan tələfatına səbəb olacağı təqdirdə qətiyyətli cavab verməyə hazırlaşmağa çağırıb.


O, “Financial Times” qəzetinə müsahibəsində belə bir vəziyyətdə NATO-nun mümkün cavab tədbirləri ilə bağlı “daha bir çox ciddi müzakirə” aparmalı olacağını bildirib.


Sikorski Avropa ölkələrinə Rusiya konsulluqlarını bağlamağı, rusiyalı diplomatların sayını azaltmağı və onların hərəkət imkanlarını məhdudlaşdırmağı təklif edib.
Nazir, həmçinin Aİ-yə daxil olan Rusiya vətəndaşlarından biometrik pasportların tələb olunmasını təklif edib. Onun fikrincə, bu, agentlərin saxta kimliklərdən istifadə etməsini çətinləşdirə bilər. Sikorski rusiyalı turistlərə viza verilməsinin də məhdudlaşdırılmasının tərəfdarı olduğunu bildirib.