Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya İran Hörmüz boğazından keçməyə çalışan üçüncü supertankeri vurduğunu açıqlayıb
dünya

İran Hörmüz boğazından keçməyə çalışan üçüncü supertankeri vurduğunu açıqlayıb

12-10-2026 21:00 11 Просмотров
IMG

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından keçməyə çalışan üçüncü supertankerin bu səhər vurulduğunu bəyan edib.

 

Qurumun açıqlamasında təxminən 2 milyon barel neft daşımaq gücünə malik gəminin naviqasiya sistemlərini söndürərək boğazdan keçməyə çalışdığı bildirilib.

 


Qeyd olunub ki, tanker Hörmüz boğazında nizam-intizamı və təhlükəsizliyi pozmağa cəhd etdiyinə görə İran silahlı qüvvələri tərəfindən vurulub. Hadisə nəticəsində gəmidə yanğın baş verib.
Xatırladaq ki, İran ABŞ-nin iyulun 8-də hücumlarını bərpa etməsindən sonra iyulun 12-də Hörmüz boğazını yenidən bağladığını açıqlamışdı.
Tehran administrasiyası İranın müəyyən etdiyi marşrutdan kənara çıxan və icazəsiz keçən gəmiləri hədəfə alacağı barədə xəbərdarlıq etmişdi.