Gürcüstan və Vyetnam kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıb.
Sənəd kənd təsərrüfatı məhsulları və balığın ixracı və idxalına dəstək, təcrübə mübadiləsi, təlim səfərlərinin və seminarların təşkili, ekspertlər və alimlər arasında əməkdaşlıq, eləcə də heyvan sağlamlığı, bitki mühafizəsi və sanitar-fitosanitar nəzarət sahələrində qarşılıqlı fəaliyyətin gücləndirilməsini nəzərdə tutur.