Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Rusiyadakı səfir: İraq İsrailin Livandakı təcavüzünə qarşıdır
dünya

Rusiyadakı səfir: İraq İsrailin Livandakı təcavüzünə qarşıdır

30-06-2026 09:00 11 Просмотров
IMG

İraq İsrailin Livandakı təcavüzünə qarşıdır.

 

Tvit.az xəbər verir ki, bu barədə İraqın Rusiyadakı səfiri Əbdül-Kərim Haşim Mustafa TASS-a bildirib.

 

 "İraqın mövqeyi həmişə aydın olub: biz İsrailin Fələstin və Livan ərazilərini işğal etməsinə və İsrailin Livana qarşı təcavüzünə qarşıyıq. Bu məsələ ilə bağlı mövqeyimiz aydındır", - deyə o qeyd edib.

 

İyunun 26-da ABŞ dövlət katibi Marko Rubio Vaşinqtondakı İsrail və Livan səfirləri ilə birlikdə tərəflərin beş raund danışıqlardan sonra əldə etdikləri çərçivə razılaşmasını elan edib. Razılaşmaya əsasən, İsrail qüvvələri əvvəlcə Litani çayının cənubunda və şimalında iki zonanı Livan ordusuna təhvil verəcək.

 

Aysel Şirinova