ABŞ Prezidenti Donald Tramp çərşənbə günü Ağ Evdə Pentaqon rəhbərliyini və Amerikanın əsas müdafiə şirkətlərini raket və digər sursat istehsalını sürətləndirmək məsələsini müzakirə etmək üçün bir araya gətirib.
Tvit.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Tramp müdafiə sənayesini İranla münaqişə səbəbindən tükənmiş Amerika silah ehtiyatlarını daha tez bir zamanda doldurmağa çağırmaq niyyətindədir. Görüşdə müdafiə nazirinin müavini Stiven Faynberqin, eləcə də Lockheed Martin, RTX, Boeing, L3Harris, Northrop Grumman və Honeywell Aerospace şirkətlərinin nümayəndələrinin iştirakı gözlənilir.
Qəzetin qeyd etdiyi kimi, Pentaqon əvvəllər istehsalçılarla Patriot və Tomahawk raketlərinin istehsalını artırmaq üçün ilkin razılaşmalar əldə etmişdi, lakin bu proqramların tam maliyyələşdirilməsi hələ Konqres tərəfindən təsdiqlənməyib. "Wall Street Journal" qəzetinin məlumatına görə, Müdafiə Nazirliyi 2027-ci maliyyə ili üçün büdcə layihəsində Patriot, Standard Missile və THAAD raketləri də daxil olmaqla 12 növ vacib sursatın istehsalını genişləndirmək üçün 52,9 milyard dollar istəyib.
Aysel Şirinova