Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Ubisoft-un qurucusu təyyarə qəzasında öldü
dünya

Ubisoft-un qurucusu təyyarə qəzasında öldü

22-06-2026 20:00 26 Просмотров
IMG

Oyun sənayesinin əsas oyunçularından olan Ubisoft-un qurucularından biri olan Klod Gilyemot təyyarə qəzasında həlak olub.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, qəza Fransanın qərbindəki La Baule şəhərində baş verib. Qəzada ölən iki nəfər arasında uçuş təlimatçısı və Gilyemot da olub.

 

Klod Gilyemot 1986-cı ildə əfsanəvi Ubisoft oyun şirkətini quran beş qardaşdan biri idi. Digərləri Kristian, Gerard, Mişel və İv Gilyemot idi. Bu beş nəfər birlikdə tarixin ən ikonik oyunlarından bəzilərini yaradan və oyun sənayesinin nəhənglərindən birinə çevrilən bir şirkətin təməlini qoydular.

 

69 yaşında vəfat edən Klod Gilyemot Ubisoft-un Direktorlar Şurasının üzvü və eyni zamanda Əməliyyatlar üzrə vitse-prezident vəzifəsində çalışıb. 

 

Aysel Şirinova