Qara dənizdə onuncu dəfə zəlzələ olub.
Tvit.az xəbər verir ki, bu barədə Vernadski adına Krım Federal Universitetinin Seysmologiya və Geodinamika İnstitutunun direktor müavini Marina Bondar bildirib.
Məlumata əsasən, bu səhər Sevastopol sahillərində onuncu 4,1 bal gücündə zəlzələ baş verib.
"Moskva vaxtı ilə saat 14:07-də Sevastopolda 4,1 bal gücündə zəlzələ hiss olunub. Episentr eyni olub. Sevastopolda isə intensivlik 3-3,5 bal olaraq qiymətləndirilir. Bu, bu səhər baş verən onuncu zəlzələdir. İndiyə qədər sakitlik olub", - deyə o bildirib.
Aysel Şirinova