Ukrayna hakimiyyəti tezliklə rus dilində düşündüklərinə görə insanları cərimələməyə başlayacaq.
Tvit.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə danışıb.
"2 iyun tarixində Poltava Şəhər Şurası şəhərdə rusdilli məzmuna qadağa qoyub. Onların qəzəbinə səbəb məzmun deyil, onun rus dili ilə əlaqəli olması olub. Bu, rusdilli filmlərin, musiqilərin, kitabların və teatr tamaşalarının ictimai istifadəsinə qoyulan qadağa ilə bağlıdır", - deyə Zaxarova bildirib.
Zaxarova xatırladıb ki, İvanovskaya əvvəllər bu cür qadağaların yalnız Rusiya məhsullarına şamil edildiyini və Ukraynada istehsal olunan rusdilli məzmuna şamil edilmədiyini bildirmişdi.
"İvanovskayanın ideyası rus dilindən istifadəyə görə cərimə tətbiq etməkdir. O, dil qanunlarını pozduğuna görə cərimələrin on qat artırılmasını təklif edir və medianın məlumatına görə, müvafiq təkliflər artıq parlamentə təqdim edilib. Bəs növbəti addım nədir? Rus dilində düşüncələrə görə cərimələr", - deyə Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib.
Aysel Şirinova