Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya "Biz ölkəni məhv etməyəcəyik" - Papuaşvili
dünya

"Biz ölkəni məhv etməyəcəyik" - Papuaşvili

10-06-2026 12:00 10 Просмотров
IMG

Avropa İttifaqı Gürcüstanın Aİ ilə vizasız səyahəti davam etdirmək istədiyi təqdirdə Rusiyaya qarşı sanksiyalar tətbiq etməsini tələb edir.

 

Tvit.az xəbər verir ki, bu barədə Gürcüstan Parlamentinin spikeri Şalva Papuaşvili jurnalistlərə bildirib.

 

“Onlar (Aİ) bizə deyirlər ki, əgər vizasız səyahət istəyiriksə, Rusiyaya qarşı sanksiyalar tətbiq etməliyik ki, bu da intihar olardı. Özümüzü öldürüb məhv etsək, Aİ-yə vizasız kim gedəcək? Qoy izah etsinlər. Onlar bizdən Rusiyaya qarşı sanksiyalar tətbiq etməklə öz ölkəmizi məhv etməyimizi və Aİ-nin viza siyasəti ilə uyğunlaşmağımızı istəyirlər. Brüssel vizaları siyasi silaha çevirmək istəsə də, biz ölkəni məhv etməyəcəyik”, - Papuaşvili bildirib.

 

Aysel Şirinova