Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Sky News Arabia: İran ABŞ-yə yeni təklif təqdim edib
dünya

Sky News Arabia: İran ABŞ-yə yeni təklif təqdim edib

09-06-2026 19:00 30 Просмотров
IMG

Bu gün “Sky News Arabia” telekanalı İranın ABŞ-yə yeni layihə təklifi təqdim etdiyini və ilkin məlumatlara görə, Vaşinqtonun bu təklifi müsbət dəyərlədirdiyini açıqlayıb.


Tvit.az xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.


Telekanalın məlumatına əsasən, Tehran tərəfindən hazırlanan son təklif ABŞ tərəfinə göndərilib və Amerika rəsmilərinin onu “məqbul” hesab etdiyi bildirilir.


Məlumat ABŞ prezidenti Donald Trampın bir neçə saat öncə İranla mümkün razılaşmanın əldə olunmasının “iki və ya üç gün” çəkə biləcəyini deməsindən sonra yayılıb.


Hələlik nə İran, nə də ABŞ rəsmiləri sözügedən təklifin məzmunu və ya Sky News Arabia-nın xəbəri ilə bağlı rəsmi açıqlama verməyiblər. 


Elmin Alışov