Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Ukrayna Birtaniya il antiballistik sistem yaradacaq - Zelenski
dünya

Ukrayna Birtaniya il antiballistik sistem yaradacaq - Zelenski

09-06-2026 10:00 49 Просмотров
IMG

Ukrayna Böyük Britaniya ilə birlikdə antiballistik sistem yaratmağı planlaşdırır.

 

Tvit.az xəbər verir ki, bu barədə ölkə prezidenti Vladimir Zelenski “The Guardian”a verdiyi müsahibədə bildirib.

 

O qeyd edib ki, “Avrotrio” ölkələri (Böyük Britaniya, Almaniya və Fransa) Ukraynaya antiballistik sistemlərin əldə olunmasında kömək edəcək. Eyni zamanda o ümidini ifadə edib ki, Kiyev Böyük Britaniya ilə birgə Avropa antiballistik sistemini inkişaf etdirə biləcək.

“Ümid edirəm ki, biz Böyük Britaniya ilə birgə Avropa antiballistik sistemini inkişaf etdirə biləcəyik. Biz bunun üzərində çalışırıq. Bu həm bizim, həm də Böyük Britaniyanın ehtiyacıdır”, - deyə o bildirib.

 

Aysel Şirinova, 

Tvit.az