Avropa İttifaqı İrana qarşı naviqasiya azadlığını pozduğuna görə ilk məhdudlaşdırıcı tədbirlərini tətbiq edəcək.
Tvit.az xəbər verir ki, bu barədə Aİ Xarici İşlər Xidmətinin rəhbəri Kaja Kallas Aİ müdafiə nazirlərinin qeyri-rəsmi görüşünə gələrkən bildirib.
"Əlbəttə ki, Yaxın Şərqdəki vəziyyəti və Aİ-nin Qırmızı dənizdə "Aspides" əməliyyatını müzakirə edəcəyik. Bu gün ilk dəfə olaraq İrana qarşı naviqasiya azadlığını pozduğuna görə sanksiyalar tətbiq olunacaq", - deyə o bildirib.
Aysel Şirinova