Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Türkiyə ABŞ-İran danışıqlarında irəliləyiş var - Hakan Fidan
dünya

Türkiyə ABŞ-İran danışıqlarında irəliləyiş var - Hakan Fidan

05-06-2026 11:00 11 Просмотров
IMG

Ankara Vaşinqton və Tehran arasında danışıqlarda əldə edilən irəliləyişi qeyd edir və konkret nəticələrə ümid edir.

 

Tvit.az xəbər verir ki, bu barədə Türkiyə XİN Hakan Fidan danışıb.

 

"İran-ABŞ müharibəsi təkcə bizim regiona deyil, bütün dünyaya mənfi təsir göstərir. İran və ABŞ arasında danışıqlarda əldə edilən irəliləyişi qeyd etməkdən məmnunuq və ümid edirik ki, bu danışıqlar konkret nəticələrə gətirib çıxaracaq və davamlı sülhün və sabitliyin bərqərar olmasına töhfə verəcək. Hörmüz boğazında naviqasiya azadlığının bərpası və müharibədən əvvəlki vəziyyətə qayıtmaq qlobal iqtisadiyyat, enerji və təhlükəsizlik baxımından zərurətdir", - deyə o, Banqladeşdə bu ölkənin xarici işlər naziri Xəlilur Rəhmanla danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

 

Fidan qeyd edib ki, Türkiyə öz növbəsində Fars körfəzi bölgəsində nizamlanmanı asanlaşdırmaq üçün diplomatik səyləri gücləndirir.

 

"ABŞ və İranla yanaşı, biz də regional ölkələrlə bu məsələ ilə bağlı intensiv məsləhətləşmələr aparırıq. Bu kontekstdə, Pakistanın davamlı atəşkəsin təmin edilməsi üçün vasitəçilik səylərini xüsusilə yüksək qiymətləndiririk və bu səylərə effektiv dəstək verməyə davam edirik", - deyə o bildirib.

 

Aysel Şirinova