Moskva BMT Təhlükəsizlik Şurasının yeni seçilmiş bütün üzvləri ilə fəal, yaxın və praqmatik əməkdaşlığa hazırdır.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zakharova bildirib.
"Rusiya isə münaqişə "düyünlərinin" effektiv və tez açılması və ümumilikdə BMT-nin dünya işlərində mərkəzi koordinasiya rolunun bərpası naminə Təhlükəsizlik Şurasının bütün üzvləri ilə aktiv, yaxın və praqmatik əməkdaşlığa həmişə açıqdır,"- deyə o, Rusiya Xarici İşlər Nazirliyinin saytında şərh edib.