2015-ci ildə Omsk şəhərində kazarma uçması nəticəsində hər iki ayağını itirən ufalı bloqer Rüstəm Nəbiyev mayın 20-də Nepalda yerləşən və dünyanın ən yüksək nöqtəsi olan Everest zirvəsini fəth edib. O, tarixdə bu cür mürəkkəb marşrutu yalnız əlləri üzərində qət edən ilk şəxs kimi qeydə alınıb. Bu ağır yürüş düz bir həftə davam edib.
Tvit.az xarici mediaya istinadla xəbər verir ki, Rüstəm Nəbiyev yaşadığı çətinliklərdən danışıb.
"Hava yaxşı idi, amma təbii ki, çətin anlar da oldu. 3-cü düşərgədən 4-cü düşərgəyə, 7100-7900 metr hündürlükdə hərəkət edərkən fırtınaya düşdük və çox islandıq. Amma bu, çox yorğun olsaq da, ora çatmağımıza mane olmadı və bu yüksəklikdə paltarlarınızı qurutmaq mümkün deyil. Ən çətin hissəsi yüksək hündürlükdür. Təyyarələrin uçduğu, təxminən 9 kilometrə qalxırsınız və əllərinizin üstündə gəzirsiniz. 8000 metrlik nişanı keçəndə geri dönüş nöqtəsi budur. Və başınıza bir şey gəlsə, əbədi olaraq burada qalacaqsınız", - deyə Nəbiyev bildirib.
Aysel Şirinova