Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi, ötən ay dron hücumuna məruz qalan nüvə elektrik stansiyasına səfərindən sonra bildirib ki, Agentlik Birləşmiş Ərəb Əmirliklərinə həm texniki, həm də mənəvi dəstək göstərməyə hazırdır.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, Qrossinin sözlərinə görə, BƏƏ rəsmiləri Barakah Atom Elektrik Stansiyasına edilən hücuma operativ reaksiya verərək xarici elektrik təchizatında yaranan fasilə səbəbindən reaktoru dərhal təhlükəsiz şəkildə dayandırıblar.
O, həmçinin stansiyada bərpa işlərinin aparılması üçün bir sıra tədbirlərin görüləcəyini bildirib, lakin detalları açıqlamayıb.
Aysel Şirinova