Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Yaponiya baş naziri İran Prezidenti ilə bu məsələni müzakirə edib
dünya

Yaponiya baş naziri İran Prezidenti ilə bu məsələni müzakirə edib

01-06-2026 16:00 24 Просмотров
IMG

Yaponiyanın Baş naziri Sanae Takaiçi İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı zamanı Tehranı Vaşinqtonla razılığa gəlmək üçün "maksimum çeviklik" nümayiş etdirməyə çağırıb.

 

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

 

“Söhbətimiz zamanı Yaponiyanın dialoq yolu ilə gərginliyin azaldılmasının vacib olduğu mövqeyini bir daha təkrarladım. Həmçinin İranın bu fürsətdən istifadə edəcəyinə və mümkün qədər tez bir zamanda razılaşma əldə etmək üçün maksimum çeviklik nümayiş etdirməyə davam edəcəyinə qəti ümidimi ifadə etdim”, - deyə o, jurnalistlərə bildirib.

 

Takaiçi həmçinin "Yaponiya və digər Asiya ölkələrindən olan gəmilər də daxil olmaqla, bütün gəmilərin" Hörmüz boğazından maneəsiz və sərbəst keçidinin təmin edilməsinin vacibliyini bildirib.

 

Qeyd edək ki, bu Takaiçi ilə Pezeşkian arasında artıq üçüncü söhbətdir.

 

Aysel Şirinova