Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya İran XİN: Dondurulmuş aktivlərin qaytarılması əsas tələblərimizdən biridir
dünya

İran XİN: Dondurulmuş aktivlərin qaytarılması əsas tələblərimizdən biridir

01-06-2026 14:00 38 Просмотров
IMG

İran xarici işlər nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında İranın xaricdə dondurulmuş vəsaitləri ilə bağlı məsələyə münasibət bildirib.


Tvit.az bu barədə İran mediasına istinadən xəbər verir.


Sözçü vurğulayıb ki, Tehran hazırda hər hansı güzəşt tələb etmir, əksinə, İran xalqının pozulmuş hüquqlarının bərpasını istəyir. Onun fikrincə, bu hüquqlardan biri də ABŞ-nin siyasəti nəticəsində müxtəlif ölkələrdə məhdudlaşdırılmış və ya dondurulmuş İran aktivlərinin geri qaytarılmasıdır.


Elmin Alışov