Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya ABŞ bu addımı ilə danışıqları təxirə salır - İran XİN
dünya

ABŞ bu addımı ilə danışıqları təxirə salır - İran XİN

01-06-2026 11:00 101 Просмотров
IMG

ABŞ-ın daim dəyişən mövqeyi və yeni tələbləri danışıqlar prosesinin uzanmasına səbəb olur.

 

Tvit.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.

 

"Qarşı tərəfin daim fikirlərini dəyişdiyi, yeni və ya ziddiyyətli tələblər irəli sürdüyü və media vasitəsilə müxtəlif ziddiyyətli mesajlar göndərdiyi bir vəziyyətdə bunun danışıqlar prosesində gecikməyə səbəb olması təbiidir", - deyə o bildirib.

 

Bəqainin sözlərinə görə, İran tarixən ABŞ-a qarşı güclü etimadsızlıq göstərib və Vaşinqtonla hazırkı danışıqları da eyni atmosferdə baş verir.

"Bu ziddiyyətli bəyanatlar onların danışıqlar taktikasının bir hissəsi ola bilər, lakin bu, İran İslam Respublikası ilə işləməyəcək", - deyə o əlavə edib.

 

Aysel Şirinova