Çin Xalq Respublikası Yaxın Şərqdə münaqişəni sakitləşdirmək üçün yorulmadan çalışır və əsas tərəflərlə əlaqəni saxlayır.
Tvit.az xəbər verir ki, bu barədə BMT-nin qərargahında jurnalistlərə Çin Xarici İşlər naziri Vanq Yi bildirib.
"Çin hazırkı münaqişəni sakitləşdirmək üçün yorulmadan çalışır. Prezident Si Cinpin Yaxın Şərqdə sülhün qorunması və təşviqi istiqamətində dörd maddədən ibarət təklif irəli sürdü. Biz əsas maraqlı tərəflərlə, eləcə də mühüm beynəlxalq və regional tərəfdaşlarla əlaqə və koordinasiyanı saxlayırıq," - deyə o bildirib.
Aysel Şirinova