6 illik fasilədən sonra Bakı–Tbilisi arasında sərnişin qatarlarının hərəkəti yenidən bərpa olunub.
"Tvit.az" xəbər verir ki, bu gün ilk sərnişinlər yenilənmiş marşrut üzrə yola düşüblər.
Xatırladaq ki, 2019-cu ildə Bakı–Tbilisi–Bakı marşrutu üzrə istismar olunan köhnə qatarlar artıq istifadədən çıxarılıb. Hazırda reyslər müasir “Stadler” vaqonları ilə həyata keçirilir.
Yeni nəsil hərəkət tərkiblərində sərnişinlər üçün daha yüksək komfort, müasir interyer, fərdi xidmət imkanları və beynəlxalq standartlara uyğun səyahət şəraiti yaradılıb.
Qatar 23:10-da yola düşüb.