Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ "Qarabağ"da ciddi itkilər - Onlar "Neftçi"yə qarşı oynamayacaqlar
СПОРТ

"Qarabağ"da ciddi itkilər - Onlar "Neftçi"yə qarşı oynamayacaqlar

30-04-2026 17:00 13 Просмотров
IMG

Bu gün Misli Premyer Liqasında XXI turdan təxirə salınmış matç keçiriləcək.

"Unikal" xəbər verir ki, Azərbaycan derbisində “Neftçi” “Qarabağ”ı qəbul edəcək. “Apasport”a verilən məlumata görə, Ağdam təmsilçisi oyuna 6 itki ilə çıxacaq. Bəhlul Mustafazadə və Şahruddin Məhəmmədəliyevin zədəsi davam edir. Hər iki futbolçu bərpa prosesi keçir. 

Həmçinin Dani Bolt atasının vəfatı ilə əlaqədar klubdan icazə alaraq Braziliyaya yollanıb.

Ötən həftə meydana zədəli çıxan Xoni Montyelin durumu yaxşıdır. O, zədəsini sağaldıb və oyuna hazırdır.

Daha öncə əvəzedici komandaya göndərilən Elvin Cəfərquliyev, Abbas Hüseynov və Sami Mmae isə bu günkü matçda da yer almayacaq.

Qeyd edək ki, görüş bu gün saat 20:00-da “Palms Sports Arena”da baş tutacaq.