Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya ABŞ bu ölkəyə raket satacaq
dünya

ABŞ bu ölkəyə raket satacaq

23-04-2026 22:00 35 Просмотров
IMG

Litva ABŞ-dan 180 milyon avrodan çox dəyərində “Sidewinder” raketləri alacaq.

 

Tvit.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat verib.

 

“Bu, Litvanın potensialını gücləndirəcək”, – deyə qurumda qeyd olunub.

 

Bildirilib ki, söhbət NASAMS hava hücumundan müdafiə sistemləri ilə uyğun olan AIM-9X Block II “Sidewinder” raketlərindən gedir. Bu raketlər raketlərin və pilotsuz uçuş aparatlarının qarşısını almaq, eləcə də helikopter və təyyarələri məhv etmək üçün istifadə oluna bilər.

 

Aysel Şirinova