Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ Səudiyyə Ərəbistanı klubu portuqaliyalı futbolçunun müqaviləsinin müddətini uzadıb
СПОРТ

Səudiyyə Ərəbistanı klubu portuqaliyalı futbolçunun müqaviləsinin müddətini uzadıb

04-02-2026 20:00 12 Просмотров
IMG

Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandası portuqaliyalı yarımmüdafiəçi Ruben Neveş ilə yeni müqavilə imzalayıb.

 

Tvit.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


28 yaşlı futbolçunun sözləşməsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.

 

Qeyd edək ki, Neveş 2023-cü ildə İngiltərənin "Vulverhempton" kollektivindən "Əl-Hilal"a transfer olunub və klubla 2023/2024 mövsümündə Səudiyyə Ərəbistanı çempionluğunu, Kral Kubokunu və iki ölkə Super Kubokunu qazanıb.


Bu mövsüm Neveş "Əl-Hilal"ın heyətində bütün turnirlərdə 24 oyunda iştirak edib və 9 qol vurub.