ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdən sonra təəsüratlarını bildirib.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"Müharibə bitməlidir. Hesab edirəm ki, Zelenski ilə görüş çox uğurlu oldu”, - deyə Ağ Evin rəhbəri bildirib və əlavə edib ki, hamı münaqişənin başa çatmasını istəyir.
Ukrayna prezidenti yanvarın 22-də səhər saatlarında Davosda keçirilən Dünya İqtisadi Forumuna (DİF) gedib. Bununla belə, Ukrayna tərəfi dövlət başçılarının hansı məsələləri müzakirə edəcəyini dəqiqləşdirməyib.
Aysel Şirinova