Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ "Qarabağ" Çempionlar Liqasında nə qədər qazanıb? - MƏBLƏĞ
СПОРТ

"Qarabağ" Çempionlar Liqasında nə qədər qazanıb? - MƏBLƏĞ

22-01-2026 14:00 19 Просмотров
IMG

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda "Ayntraxt" üzərində qələbə qazanan (3:2) "Qarabağ" büdcəsini zənginləşdirməyə davam edir.

Tvit.az Fanat.Az-a istinadla xəbər verir ki, rəqibini Frankfurta məğlub göndərən Ağdam klubu 2 milyon 100 min avro (təxminən 4,2 milyon manat) əldə edib.

Beləliklə, "köhlənlər"in turnirin əsas mərhələsindəki qazancı 7 milyon avroya (14 milyon manat) çatıb. 7 tura 10 xal toplayan Azərbaycan çempionu artıq pley-offa vəsiqəni də böyük ölçüdə təmin edib və bu uğur rəsmiləşəcəyi halda, UEFA təmsilçimizə daha 1 milyon avro (2 milyon manat) ödəyəcək.

ÇL-in təsnifat mərhələlərini nəzərə alsaq, "Qarabağ"ın qazancı 18 milyon 620 min avrodur - 36, 38 milyon manat.