Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial KİV: Kanada 100 ildən sonra ilk dəfə ABŞ-nin hücumuna qarşı cavab planı hazırlayıb
sosial

KİV: Kanada 100 ildən sonra ilk dəfə ABŞ-nin hücumuna qarşı cavab planı hazırlayıb

20-01-2026 19:00 25 Просмотров
IMG

"Kanada Silahlı Qüvvələri Komandanlığı hipotetik ABŞ hücumuna qarşı cavab planı hazırlayıb".

 

Tvit.az xəbər verir ki, bu barədə "The Globe and Mail" nəşri adını açıqlamadığı Kanada hərbi rəsmilərinə istinadən məlumat yayıb.


"Bəlkə də 100 ildə ilk dəfə Kanada Silahlı Qüvvələri ABŞ-nin ölkəyə hücumuna cavab üçün bir model hazırlayıb", - deyə nəşrin mənbələri bildiriblər.

 

Nəşri məlumatlandıran rəsmilər Kanadanın ABŞ-yə ənənəvi vasitələrlə müqavimət göstərmək üçün qüvvəsinin və qabaqcıl avadanlıq çatışmazlığını etiraf edərək, modelin hazırlanmasının partizan müharibəsinə yönəldiyini bildiriblər.

 

Ordu nümayəndələri qeyd ediblər ki, cənubdan hipotetik hücum olarsa, Kanada qüvvələrinin hərəkətləri üçün ssenarinin hazırlanması hərbi plan deyil, sadəcə konseptual xarakter daşıyacaq.