Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial 3 azərbaycanlı uşaq əcnəbi vətəndaşlara verilib
sosial

3 azərbaycanlı uşaq əcnəbi vətəndaşlara verilib

19-01-2026 12:00 9 Просмотров
IMG

2019-cu ildən bugünədək 818 uşaq övladlığa verilib. Onlardan 412-si oğlan, 406-sı qızdır.

"Tvit.az" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov deyib.

O bildirib ki, himayədar ailə qayğı modeli tətbiq olunduğu dövrdən - 2023-cü ilin noyabrından bugünədək 75 uşağın himayədar ailələrə yerləşdirilməsi barədə müqavilə imzalanıb. 2025-ci ildə isə 40 uşaq himayədar ailələrə verilib, onlardan 20-si qız, 20-si oğlan olub. Ötən il övladlığa verilən uşaqların sayı 149 olub, onlardan 71-i qız, 78-i isə oğlandır. 

"Övladlığa verilən uşaqlardan 3-ü əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülüb. 2019-cu ildən bu günədək isə ümumilikdə 4 uşaq əcnəbi və vətəndaşlığı olmayan şəxslərə övladlığa verilib. Həmin şəxslər Almaniya, Serbiya və Rusiya vətəndaşları olub".