Danimarka Silahlı Qüvvələri Qrenlandiyaya ABŞ tərəfindən hücum ediləcəyi təqdirdə onu müdafiə etməyə borclu olacaqlar.
Tvit.az xəbər verir ki, bu barədə Danimarka Müdafiə Nazirliyinin nümayəndəsi Tobias Roed Yensen bildirib.
Onun sözlərinə görə, 1952-ci ilə aid fərman hücum halında Danimarka hərbçilərinə rəhbərliyin göstərişlərini gözləmədən ölkəni müdafiə etməyə imkan verir.
Sözügedən fərman krallığın bütün ərazisinə, o cümlədən Qrenlandiyaya da şamil olunur.
Aysel Şirinova