İran hakimiyyəti ölkədə baş verən etirazlarla bağlı vəziyyəti nəzarət altına alıb.
Tvit.az xəbər verir ki, bu barədə yanvarın 12-də İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib.
“Hazırda vəziyyət tam nəzarət altındadır”, — deyə Araqçi bildirib. Xarici ölkələrin səfirləri ilə keçirilən görüşdə çıxış edən nazir vəziyyətin sabitləşdirildiyini bildirib. İran XİN rəhbəri həmçinin qeyd edib ki, etiraz aksiyaları xarici elementlər tərəfindən təhrik edilib və qızışdırılıb.
Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri iğtişaşların təşkilində iştirak edən şəxsləri “izləyib tapacaq”.
Bundan əlavə, İrandakı iğtişaş iştirakçılarının təxminən 150 təcili tibbi yardım avtomobilini məhv etdiyi də xəbər verilmişdi.
Aysel Şirinova