ABŞ senatoru Lindsi Qraham “Fox News” telekanalına İranda mövcud vəziyyətlə bağlı açıqlama verib.
Tvit.az xəbər verir ki, o, Tehran hakimiyyətinin öz xalqına qarşı tətbiq etdiyi siyasəti sərt şəkildə pisləyib.
Qraham bildirib ki, İranda yeniyetmə qızlar sadəcə saçlarını hakimiyyətin tələb etdiyi qaydada örtmədiklərinə görə avtobuslardan sürüklənə, hətta həyatlarını itirə bilərlər. Senator bu cür halları qəddar repressiya və insan haqlarının açıq şəkildə pozulması kimi qiymətləndirib.
ABŞ senatoru əlavə edib ki, İran cəmiyyətində artıq Ayətullah rejiminə qarşı ciddi narazılıq mövcuddur və xalq mövcud rəhbərliyin hakimiyyətdə qalmasını istəmir. Qraham bildirib ki, o, iranlıların ayətullahın liderlikdən uzaqlaşdırılması istiqamətində göstərdikləri səyləri dəstəkləyir.
Elmin Alışov